NATO Ukraynaya qoşun yeritməyi planlaşdırır?

Dünya

13.09.2024 09:41

Rusiyanın müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Syanşan Forumunda çıxışı zamanı bildirib ki, NATO Ukraynaya qoşun yeritməyi planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.  

O, qeyd edib ki, bununla Şimali Atlantika Alyansı ölkələri potensial olaraq nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola biləcək təhlükəli oyun oynayırlar.

Bundan əvvəl Fomin bildirmişdi ki, ABŞ yeni nüvə doktrinasını üzərində çalışır. 

Günəş Mərd

tag: Ukrayna ,NATO, Şimali Atlantika ,Alyans ,ABŞ ,Nüvə, todaypress.az,