NATO Ukraynada müharibənin qarşısını ala bilərdi
“NATO Ukraynanı silahlandırmaq üçün daha çox şey edə bilərdi”.
TodayPress xəbər verir ki, Bu sözləri Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq deyib.
O, Ukraynada müharibənin bitməsinin yalnız danışıqlar masası arxasında mümkün olacağını açıqlayıb və Rusiya ilə dialoqun bərpa olunmasının vacibliyini qeyd edib. Bununla yanaşı, o bildirib ki, 2014-cü illə müqayisədə rəsmi Moskva ilə müzakirələrin aparılması üçün meydan kifayət qədər daralıb
Töhfə Səməd
tag: NATO, Ukrayna, Şimali Atlantika ,Yens Stoltenberq ,Rusiya ,todaypress.az,