NATO Türkiyənin BRİKS ilə əməkdaşlığını yüksək qiymətləndirir
Dünya
23.10.2024 00:33
Türkiyənin
BRİKS ölkələri ilə əməkdaşlıq etmək hüququ var ki, bu, ölkənin NATO- ya
üzvlüyünün prinsiplərinə zidd deyil.
TodayPress
xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında bildirib.
“Əlbəttə, biz NATO-da 32 demokratik ölkəyik, təbii ki,
həmişə bu və ya digər mövzuda müzakirələr olacaq. Amma biz bilirik ki, Türkiyə
tərəfdaşlarla və ya BRİKS tərəfdaşları istiqamətində işləyir, onların bunu etmək
hüququ var” baş katib bildirib.
O vurğulayıb ki, Ankaranın BRİKS ilə əməkdaşlığı
alyans ölkələri arasında suallar yarada bilər, lakin onların bu amili dəyərləndirməsi
Türkiyənin NATO ilə əlaqələrinin əhəmiyyətinə təsir etməyəcək.
Aynur TAC
tag: NATO,Türkiyə, BRİKS, Ankara, todaypress.az,