NATO Trampı razı salmağa çalışacaq
Dünya
29.07.2024 11:48
NATO-nun Avropadakı üzv ölkələri ABŞ prezidentliyinə namizəd Donald Trampın müşavirlərini Rusiya və Ukraynanı sülh sazişi bağlamağa məcbur etməməyə inandıra bilər.
TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb.
“NATO üzvləri Trampın müşavirlərini Ukraynada sülh sazişi bağlamağa məcbur etməməli, əksinə ABŞ-nin Kiyevə hərbi dəstəyini artırmağa sövq etməlidir” deyə nəşrdə qeyd olunub.
Eyni zamanda bunun Ukrayna lideri Volodimir Zelenskinin xoşuna gəlməyəcəyi də bildirilib.
Günəş Mərd
tag: NATO, Avropa, ABŞ, Tramp, Rusiya, Ukrayna, todaypress.az,