NATO təyyarələri Rusiya sərhədləri yaxınlığında kəşfiyyat apardı
Dünya
04.09.2024 16:40
Sentyabrın 2-də və 3-də NATO-nun kəşfiyyat təyyarələri Rusiya və Belarus sərhədləri yaxınlığında uçuşlar həyata keçirib.
TodayPress xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ilk uçuşu Britaniyanın “RC-135W Rivet Joint” radar kəşfiyyat təyyarəsi edib.
Təyyarə sentyabrın 2-də havaya qalxaraq, Baltik dənizinə getməzdən əvvəl Niderland və Almaniya hava məkanını keçib. Orada təyyarə Kalininqrad vilayətinin yanından keçərək Litvaya yollanıb. Sonra yenidən Rusiya bölgəsi ətrafında uçub.
İkinci uçuş, Amerikanın kəşfiyyat pilotsuz təyyarəsi “RQ-4B Global Hawk” tərəfindən həyata keçirilib. O, sentyabrın 2-də İtaliyadakı Siqonella aviabazasından havaya qalxaraq Polşaya yollanıb, orada ölkənin Belarusla sərhədi üzərindən uçub və sonra geri qayıdıb. Onun havada qalma müddəti 18 saat olub.
Üçüncü uçuş isə sentyabrın 3-də baş tutub. O, Amerikanın “RC-135U Combat Sent” texniki kəşfiyyat təyyarəsi tərəfindən həyata keçirilib. Təyyarə ölkənin Rusiya ilə sərhədi boyunca uçub. Onun uçuşu da beş saat yarım çəkib.
Günəş Mərd
tag: Rusiya, Litva, Amerika, Təyyarələr,RQ-4B Global Hawk ,Almaniya, Baltik Dənizi, todaypress.az,