NATO təyyarələri Rusiya səmasında
Dünya
12.09.2024 12:30
Rusiya səmasında NATO ölkələrinin - Finlandiya, İsveç və Norveçin kəşfiyyat təyyarələri müşahidə edilib.
TodayPress xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Murmansk vilayətinin iki hava limanında - Murmaşi və Xibinidə pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən gediş-gəliş reyslərində gecikmələr yaşanıb.
Qeyd edilib ki, Norveç Hərbi Hava Qüvvələrinə məxsus “C295” və İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Gulfstream 5” təyyarələri, eləcə də Finlandiya və İsveçə məxsus yüksək kəşfiyyat təyyarələri Rusiya regionu üzərində fəaliyyət göstərib.
Töhfə Səməd
tag: NATO, Rusiya, Finlandiya, İsveç, Norveç, Təyyarələr, todaypress.az,