NATO təyyarələri Krım istiqamətində - “Krım küləyi”

Dünya

26.07.2024 16:15

NATO-nun iki təyyarəsi Krım istiqamətində kəşfiyyat uçuşları etmək üçün Rumıniyaya gəlib.

TodayPress xəbər verir ki, bu barədə “Krım küləyi” teleqram kanalı məlumat yayıb.  

Qeyd olunub ki, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “Boeing RC-135W Rivet Joint” təyyarəsi Böyük Britaniyanın “Uoddinqton” hərbi bazasından, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarəsi isə NATO-nun Siciliyadakı Siqonella aviabazasından havaya qalxıb.

Xatırladaq ki, Rusiya pilotsuz təyyarələri ardıcıl olaraq iki gün Rumıniyanın hava məkanını pozub. 

Günəş Mərd

tag: NATO, Krım, Təyyarə, Böyük Britaniya, Rusiya, todaypress.az,