NATO sualtı və peyk bağlantısının davamlılığı layihəsini maliyyələşdirir
Dünya
12.07.2024 03:00
Bloomberg,
NATO-nun rabitə sistemləri üçün mümkün hücumlara qarşı sistem qurmağı
planlaşdırdığını açıqlayıb.
TodayPress
xəbər verir ki, bu sistem, internet məlumat axınını və trafiki su altından
peyklərə yönəldəcək. Planın məqsədi, mümkün təhlükələr zamanı bu internet
axınını sualtı kabellər vasitəsilə peyklərə yönəltməkdir. ABŞ, İslandiya və İsveç kimi
yerlərdən olan tədqiqatçılar, NATO ilə internet məlumatlarını və
trafiki avtomatik olaraq peyklərə göndərəcək bir sistem üzərində işləməyə
başlayıblar.
Qeyd
edək ki, hələlik NATO-nun layihə ilə bağlı rəsmi açıqlaması yoxdur. Onun büdcəsinin 2.5
milyard dollara çata biləcəyi bildirilir. NATO-nun məsləhətçisi Eyüp
Kuntay Durmuş, Bloomberg-ə elektron poçt vasitəsilə layihənin bu
yaxınlarda təsdiqləndiyini və tezliklə başlayacağını bildirib. Əlavə olaraq,
layihənin qısamüddətli layihə olmayacağı da bildirilib. Bloomberg-in əldə
etdiyi sənədlərə görə, tam işlək sistem yaratmazdan əvvəl prototip və
sınaq prosesinə 2 il sərf olunacaq.
tag: NATO, Peyk, Bloomberg, ABŞ, todaypress.az,