NATO sammitində ABŞ müzakirə olunacaq

Dünya

14.05.2025 12:39

10

Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, iyun ayında keçiriləcək NATO sammitində ABŞ-nin Avropadakı hərbi strategiyasının gələcəyi müəyyən olunacaq. 

TodayPress xəbər verir ki, bu barədə Estoniyanın "ERR" agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, sammit ABŞ-nin Avropada hansı formada hərbi iştirakını davam etdirəcəyini müəyyən etmək baxımından vacibdir. O həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hərbi xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmaq istəyir və Estoniya bu təklifi dəstəkləyir.

Pevkur vurğulayıb ki, ABŞ-nin ritorikasında dəyişikliklər olsa da, o, hələ də Avropa ölkələrinin əsas müttəfiqidir. 

Türkan İsgəndərli

tag: Estoniya,ABŞ,NATO,Təlim,todaypress.az,