NATO sammiti başlayır
Dünya
10.07.2024 02:10
NATO-nun üç günlük sammiti çərşənbə
axşamı Vaşinqtonda alyansın 75-ci ildönümünə həsr olunmuş təntənəli mərasim ilə
başlayıb.
TodayPress xəbər verir ki, mərasimdən
sonra NATO-nun 32 üzvü və beş tərəfdaş ölkə - Avstraliya, Yeni Zelandiya,
Ukrayna, Cənubi Koreya və Yaponiya liderləri üçün şam yeməyi veriləcək.
NATO rəsmi olaraq 4 aprel
1949-cu ildə yaradıldığı üçün üç ay əvvəl rəsmi ildönümünü qeyd etdi, buna görə
də mərasim sırf simvolik xarakter daşıyır.
Əsas iş proqramı iyulun
10-11-nə nəzərdə tutulub.
Nəzrin Cavadzadə
tag: NATO,Sammit, 75-ci ildönümü, Vaşinqton, todaypress.az,