NATO Rusiyanın iddiasını rədd etdi
Dünya
15.07.2024 10:01
NATO qoşunları Ukrayna münaqişəsində, o cümlədən Rusiya təyyarələrinin və raketlərinin vurulmasında birbaşa iştirak etməməlidir.
Todaypress "TASS"a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq "TSN" telekanalında müsahibəsində deyib.
"NATO-nun siyasəti dəyişməz olaraq qalır - biz bu münaqişədə iştirak etməyəcəyik. Biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO bu münaqişədə birbaşa iştirak etməyəcək" Stoltenberq bildirib.
NATO-nun Baş katibi onu da vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcək.
Günəş Mərd
tag: NATO, Ukrayna, Rusiya, Kiyev, Hücum, todaypress.az,