NATO: “Rusiya-Ukrayna münaqişəsi dalana dirənib”
Dünya
12.07.2024 16:20
"NATO-da belə hesab edirlər ki, Ukrayna müharibəsi 2024-cü ilin sonuna qədər çıxılmaz vəziyyətdə qalacaq. Qərb isə Kiyevi dəstəkləməyə davam edəcək".
TodayPress xəbər verir ki, bu barədə “Politico” qəzetində yayımlanan Şimali Atlantika Alyansı ölkələrindən birinin adı açıqlanmayan diplomatının bəyanatında deyilib.
"Bu aşkar görünür. Biz müharibənin bu ilin sonuna qədər dalana dirənəcəyini gözləyirik" deyə diplomat bildirib.
Diplomat onu da qeyd edib ki, Ukrayna gələcəkdə də, Qərbdən özünü müdafiə etmək üçün nəzərdə tutulan hərbi təchizat və silahlar almağa davam edəcək.
Töhfə Səməd
tag: NATO,Müharibə, Ukrayna, Qərb, Diplomat, todaypress.az,