NATO Rusiya ilə sərhəddə böyük artilleriya təlimi keçirəcək
NATO Rusiya ilə sərhəddəki Rovayarvi poliqonunda “Lightning Strike 24” adlı ən böyük artilleriya təlimi keçirəcək. Təlim noyabrın 4-dən 28-dək davam edəcək.
TodayPress xəbər verir ki, bu barədə məlumat Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.
Təlimlərdə Finlandiya, ABŞ, İsveç, Estoniya, Böyük Britaniya və Fransadan 3600-ə yaxın hərbçinin iştirak edəcəyi bildirilir. Qeyd olunur ki, “Lightning Strike 24” alyansın tarixində Avropada keçirilən ən böyük artilleriya atış seriyası olan “Dynamic Front 25” təlimlərinin bir hissəsidir.
tag: NATO, Rusiya,ABŞ, Estoniya, Fransa, todaypress.az,