NATO Rusiya ilə bağlı yeni strategiya hazırlayacaq

Dünya

31.07.2024 09:16

"NATO Rusiya ilə bağlı yeni strategiya hazırlamaq niyyətindədir".  

TodayPress, "NTD"yə istinadən xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen səsləndirib.

"Bu, bütün müttəfiqləri Rusiyaya qarşı birgə fəaliyyətdə birləşdirəcək" deyə o, bildirib. 

Sənədlə bağlı təffərrüatları açıqlamayan, O'Brayen qeyd edib ki, bütün NATO üzvləri Ukrayna müharibəsində Rusiya Federasiyasının Çin Xalq Respublikasının həlledici dəstəkçisi olması fikri ilə razılaşırlar. 

Qeyd edək ki, bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Çinin Rusiyaya dəstəyini NATO üçün təhlükə adlandırmışdı. 

Günəş Mərd

tag: Çin, NATO, Rusiya, Ukrayna, Ceyms, todaypress.az,