NATO Rusiya hava qüvvələrinə xəbərdarlıq etdi
Dünya
10.08.2024 17:35
Rusiyanın “İl-20M” təyyarəsinin səmada görünməsi ilə əlaqədar Almaniya və İsveç Hərbi Hava Qüvvələrinin təyyarələri, eləcə də NATO-nun Baltikyanı ölkələrdəki Hava Hərəkəti İdarəsi xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “NTV” telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, təyyarə Rügen adasının yaxınlığındakı hava məkanında uçuş planı və mülki hava hərəkəti idarəsi ilə əlaqəsi olmadan manevr edib.
Hadisə ilə bağlı təfərrüatlar hələ ki, açıqlanmayıb.
Töhfə Səməd
tag: Rusiya, Təyyarə, NATO, Hava Hərəkəti, Rügen, todaypress.az,