NATO qoşunları Finlandiya ərazisinə yerləşdiriləcək

Dünya

21.08.2024 20:13

Finlandiya bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yerləşdirilməsi barədə danışıqlar aparır.

TodayPress xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Finlandiya müdafiə naziri Antti Hyakkyanen bildirib.

O qeyd edib ki, bu danışıqları açıq şəkildə şərh etmirik.

"Danışıqlar müxtəlif ölkələrlə davam edir. Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün hansı ölkələr müəyyən güc strukturları ayıra bilər, onunla bağlı danışıqlar aparırıq" nazir əlavə edib.

tag: NATO,Finlandiya, Qoşun, Antti Hyakkyanen,todaypress.az,