NATO Polşaya hərbi texnika ötürür?

Dünya

11.12.2024 09:17

NATO Avropa ölkələrindən Polşaya kütləvi şəkildə hərbi texnika ötürür.

TodayPress xəbər verir ki, bu barədə "RİA" yazıb.

Qeyd olunub ki, Avropa ölkələrindən Polşaya böyük hərbi texnikanın daşınması ilə bağlı xəbərlər var.

Materialda ,həmçinin Fransadakı A63 avtobanından fotoşəkillər və Almaniyadan bir video təqdim olunub. O, Maqdeburq şəhəri yaxınlığında çəkilib, burada NATO-nun hərbi texnikası olan yük maşınlarının sütunları əks olunub. 

Qeyd edək ki, bundan öncə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış NATO hərbi kontingentinin münaqişədə iştirak etmək üçün Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı bəyanatların spekulyasiya olduğunu bildirmişdi. 

Günəş Mərd

tag: Polşa, NATO ,Avropa, Fransa, todaypress.az,