NATO parçalana bilər?

Dünya

25.04.2025 11:56

4

ABŞ prezidenti Donald Trampın Krımı Rusiyanın ərazisi kimi tanımaq təklifi NATO-nu parçalaya bilər. 

TodayPress xəbər verir ki, bu barədə "Berliner Zeitung" qəzeti yazıb.

"NATO həm də güc sınağı qarşısındadır. Alyansın Krımın ilhaqının tanınmaması ilə bağlı əvvəlki rəsmi mövqeyi ABŞ-nin yeni planlarına ziddir" məqalədə deyilir.

Jurnalistlər onu da yazıblar ki, alyansın qarşıdan gələn sammiti müdafiə xərclərinə həsr olunmalı idi, lakin indi bu, Ukrayna ilə bağlı açıq mübahisə meydanına çevrilmək təhlükəsi yaradır. 

Qeyd olunub ki, Trampın Ukrayna siyasəti Aİ-ni dalana dirəyib. 

Töhfə Səməd 

tag: NATO ,ABŞ,Donald Tramp,Krım,Rusiya,todaypress.az,