NATO ölkələri Ukraynaya 191,2 milyard dollar yardım edib

Dünya

25.01.2025 12:06

NATO ölkələri son üç il ərzində Ukraynaya 191,2 milyard dollar yardım edib. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, alyansa daxil olan 32 ölkə 2022-ci ilin fevralından 2025-ci ilin yanvarın ortalarına kimi Kiyevə 191,2 milyard dollarlılıq dəstək göstərib. 

Qeyd edilib ki, sosial xərclərə yönəldilən maliyyə yardımı 43,3 milyard, humanitar yardım təxminən 13,4 milyard, silah yardımı isə 133,4 milyard dollar dəyərində olub. 

Qeyd edək ki, ABŞ Kiyevə silah (68,9 milyard dollar) və humanitar yardımın (3,7 milyard dollar) əsas tədarükçüsü olub.

Almaniya isə öz növbəsində Ukraynaya 17 milyard dollar ayırıb ki, bu da alyans ölkələrinin verdiyi bütün yardımın 8,9 faizini təşkil edir. 

Böyük Britaniyanın bu yardımlarda payı isə 14,8 milyard dollard və ayrılan ümumi vəsaitin 7,7 faizini təşkil edib. 

Nicat Osman

tag: NATO,Xərc,Ukrayna,Milyard,Vəsait,Todaypress.az,