NATO ölkələri Trampın komandası ilə əlaqələri gücləndirdi
Dünya
05.08.2024 17:42
Türkiyə və Macarıstan bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ-nin Respublikaçılar Partiyasının namizədi Donald Trampın komandası ilə əlaqələri gücləndirib.
TodayPress xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orban kimi, Ağ Evin rəhbəri vəzifəsində Trampı görmək istəyir. Hər iki siyasətçi buna ümid edir” deyə nəşr yazıb.
Bildirilib ki, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin mentalitet və dünyagörüş anlayışı Ankara və Budapeştlə üst-üstə düşmədiyinə görə məhz Trampı dəstəkləyirlər. Siyasətçilərin fikrincə, Trampın rəqibinin Türkiyə və ya Macarıstan kimi çətin müttəfiqlərlə işləmək təcrübəsi yoxdur.
Töhfə Səməd
tag: ABŞ, Türkiyə, Kamala, Ankara, Budapeşt, Macarıstan, todaypress.az,