NATO ölkələri Sakit Okeanda qüvvələr toplayır
Dünya
16.08.2024 18:10
NATO ölkələri Çindən gələn mümkün təhlükəyə qarşı Sakit Okeanda qüvvələr toplamağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr qeyd edir ki, NATO hərbi gəmilər göndərməklə Qərbin Sakit okeanda mövcudluğunu gücləndirir. Bu, alyansın regionda artan təsirindən narahat olan Çinlə münasibətlərin kəskinləşməsinə səbəb ola bilər.
Nəşrin məlumatına görə, İtaliyanın yeganə təyyarədaşıyan gəmisi “Cavour” bu yaxınlarda Sakit okean regionuna göndərilib. Britaniyanın “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi isə ora 2025-ci ildə gələcək. Fransa da öz növbəsində bölgəyə özünün “Şarl de Qoll” təyyarədaşıyan gəmisini göndərmək niyyətindədir. Analoji addımın Niderland və Almaniyadan da atılması gözlənilir.
Günəş Mərd
tag: NATO, Qərb, Ölkələr, İtaliya, Britaniya, todaypress.az,