NATO ölkələri Rusiya sərhədləri yaxınlığında təlimlərə başladı
Şimali Atlantika Alyansı Rusiya sərhədləri yaxınlığında payızın sonuna qədər davam edəcək silsilə təlimlərə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
NATO təliminə ABŞ ordusunun generalı Kristofer Kavoli rəhbərlik edəcək.
NATO-nun şərq cinahının bütün sərhəddi boyunca ümumilikdə 12 təlimin keçirilməsi planlaşdırılır.
Günəş Mərd
tag: Rusiya, Şimali Atlantika, Payız ,Sərhəd, NATO,todaypress.az,