NATO ölkələri Rusiya ərazisini işğal edir
Dünya
15.08.2024 09:44
Keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter NATO ölkələrini Rusiya ərazisinə müdaxilə etməkdə ittiham edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
"Kurskda nə baş verir? NATO Rusiyanı işğal etdi. Rusiya Ukrayna torpaqlarını işğal etməyib, rəsmi Moskva Ukraynanın 2014-cü ildən sonra törətdiyi hərbi cinayətlərə cavab verdi" deyə o, bildirib.
Ritter əlavə edib ki, Rusiya ordusu Kursk vilayətindəki vəziyyətdən dərs alır və gələcəkdə bu dərsdən istifadə edəcək.
Töhfə Səməd
tag: Skot Ritter, NATO, Rusiya,Ukrayna, Kursk, todaypress.az,