NATO ölkələri hərbi xərcləri artırmağa hazırlaşır
NATO ölkələri müdafiə xərclərini ciddi şəkildə artırmağa hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bu addım ABŞ prezidenti Donald Trampın irəli sürdüyü ölkələrin ÜDM-nin 5 faizini hərbi xərclərə yönəltməsi tələbini yumşaltmaq məqsədi daşıyır.
Qeyd olunur ki, hazırda alyansda bu istiqamətdə razılaşma layihəsi üzərində iş aparılır.
Sənədə əsasən, NATO ölkələri 2032-ci ilədək müdafiəyə və təhlükəsizliklə bağlı digər sahələrə ÜDM-nin 5 faizinə qədər vəsait ayırmağı planlaşdırır. Məsələ iyunun sonunda Haaqada keçiriləcək NATO sammitində əsas müzakirə mövzularından biri olacaq.
Ancaq təşəbbüs artıq bu həftə Antalyada baş tutacaq xarici işlər nazirlərinin toplantısında da gündəmə gətiriləcək.
Qiymət Mahir
tag: NATO,Müdafiə xərcləri,Donald Tramp,ÜDM,todaypress.az,