NATO ölkələri Finlandiyada qoşunlarını yerləşdirəcək
Dünya
21.08.2024 16:45
Finlandiya bir neçə NATO ölkəsi ilə ərazisinə qoşun yeritmək barədə danışıqlar aparır.
TodayPress xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib.
"Danışıqlar bir sıra müxtəlif ölkələrlə aparılır. Biz hansı ölkələrin Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün müəyyən güc strukturlarına töhfə verə biləcəyi ilə bağlı danışıqlar aparırıq" deyə müdafiə naziri bildirib.
Bu barədə daha ətraflı məlumatın fevral ayında veriləcəyi bildirilir. Xarici qoşunların mövcudluğunun necə maliyyələşdiriləcəyi məsələsi də hələlik həllini tapmayıb.
"Əsas odur ki, Finlandiyanın bu qüvvələri daha uzun müddətə yerləşdirmək üçün imkanları və strukturları var" deyə nazir əlavə edib.
Töhfə Səməd
tag: Antti Kaikkonen , Finlandiya,Danışıqlar,Müdafiə Nazirliyi, NATO, todaypress.az,