NATO-nun üç gəmisi Tallinə gəldi

Dünya

18.01.2025 17:20

Yanvarın 18-də NATO-nun hərbi gəmiləri “Baltik Sentinel” əməliyyatı çərçivəsində Baltik dənizində patrul xidmətinə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.

Gəmilərin bəziləri Estoniyanın paytaxtı Tallinndəki Mina Limanında lövbərlərini endiriblər. 

Niderland Hərbi Dəniz Qüvvələrinin komandiri Arjena Varnaar bildirib ki, NATO qoşunları vəziyyəti izləyir və xoşagəlməz hadisələr baş verərsə, cavab verəcəklər.


Nicat Osma

tag: NATO, Dünya, Baltik Sentinel, Tallin, Xəbər,todaypress.az,