NATO-nun növbəti sammiti Haaqada keçiriləcək
Dünya
11.07.2024 01:26
NATO liderləri növbəti
iclasını 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində keçirəcəklər.
TodayPress xəbər verir ki, bu
barədə Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammitinin yekun bəyannaməsində
bildirilib.
"2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində, sonra isə Türkiyədə keçiriləcək növbəti sammitimizdə yenidən görüşməyi gözləyirik" deyə Vaşinqtonda NATO ölkələrinin dövlət və hökumət başçıları tərəfindən təsdiq edilmiş sənəddə qeyd edilib.
tag: Haaqa, NATO,Sammit, 2025, todaypress.az,