NATO-nun ən güclü orduları: SİYAHI
ABŞ-nin “Global Fire Power” Araşdırmalar Mərkəzi 2025-ci il üçün NATO-nun ən güclü ölkələrini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Global Fire Power” özünün rəsmi səhifəsində məlumat yayıb.
Sıralamada ölkələrin sahib olduğu əsgər sayının əsas götürülmədiyi vurğulanıb.
Güc sıralaması dövlətlərin sahib olduğu silah və texnikanın modernliyi, atəş gücü və əməliyyat imkanlarına əsasən hesablanıb.
Ən güclü orduların siyahısında hərbi qüvvəsi olmayan İslandiya da yer alıb.
Mərkəzi ölkələri hərbi gücünə görə ən azdan ən çoxa doğru sıralayıb:
İslandiya – 0 əsgər (Qeyd edək ki, silahlı qüvvələri olmayan, amma məhdud qüvvəsi olan ölkədir. İslandiyanın 1869-cu ildən daimi ordusu yoxdur, ancaq NATO-nun fəal üzvüdür. İslandiyanın təhlükəsizliyindən ABŞ və NATO məsuliyyət daşıyır).
Monteneqro - 2350 əsgər
Lüksemburq - 1000 əsgər
Şimali Makedoniya - 9 min əsgər
Estoniya - 7700 əsgər
Sloveniya - 7300 əsgər
Litva - 23 min əsgər
Albaniya - 6600 əsgər
Xorvatiya – 14 325 əsgər
Slovakiya - 19.500 əsgər
Bolqarıstan - 37 min əsgər
Belçika - 25 min əsgər
Macarıstan – 41 600 əsgər
Çexiya – 28 min əsgər
Rumıniya – 81 300 əsgər
Finlandiya - 24 min əsgər
Danimarka - 20 min əsgər
Portuqaliya - 24 min əsgər
Norveç – 23 250 əsgər
Niderland – 41 380 əsgər
Yunanıstan – 142 700 əsgər
Kanada - 68 min əsgər
İsveç – 24 400 əsgər
Polşa - 202 100 əsgər
İspaniya - 133 282 əsgər
Almaniya - 181 600 əsgər
İtaliya - 165 500 əsgər
Türkiyə - 355 200 əsgər
Fransa - 200 min əsgər
Böyük Britaniya - 184 860 əsgər
ABŞ – 1.3 milyon əsgər
Nicat Osman
tag: NATO,Güclü,Ordu,Araşdırma,Todaypress.az,