NATO-nun beş ölkəsi Ukraynaya dəstəyi artıracaq
Dünya
14.01.2025 11:36
Almaniya, Polşa, Fransa, İtaliya və Böyük Britaniya müdafiə nazirləri Polşada keçirilən görüş zamanı Ukraynaya silah və lazımi materialların tədarükü ilə bağlı əlavə dəstək verəcəklərini açıqlayıblar.
TodayPress “N-tv”yə istinadən xəbər verir ki, bunu Almaniya hərbi idarəsinin rəhbəri Boris Pistorius deyib.
O, qeyd edib ki, bu beş ölkə Avropa və Ukrayna silah istehsalçıları arasında daha sıx əməkdaşlığa ümid edir.
Pistoriusun sözlərinə görə, söhbət ilk növbədə PUA və döyüş sursatlarının istehsalından və ukraynalıların təcrübəsi sayəsində hərbi ehtiyaclar üçün hazırlanmış kompüter proqramlarından gedir.
"Beləliklə, hər iki tərəf bu hərbi əməkdaşlıqdan faydalanır" deyə o, bəyan edib.
Günəş Mərd
tag: NATO ,Ukrayna, Almaniya, Polşa, todaypress.az,