NATO-nun baş katibi Zelenskini qınadı

Dünya

23.12.2024 11:36

NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenskini Almaniya kansleri Olaf Şoltsa etiraz etdiyi üçün qınayıb.    

TodayPress xəbər verir ki, bu barədə “Tagesspiegel” məlumat yayıb.  

“Olaf Şolts böyük işlər görüb. Onun sayəsində Almaniya ABŞ-dən sonra Ukraynaya hərbi dəstək göstərən ölkələr arasında ikinci olub. Buna görə Ukrayna minnətdar olmalıdır” deyə  Rutte bəyan edib. 

Baş katibin sözlərinə görə, o, tez-tez Zelenskiyə Şoltsu ədalətsiz tənqid etməyi dayandırmalı olduğunu bildirib. 

Qeyd edək ki, Zelenski kanslerin Ukrayna Silahlı Qüvvələrinə “Taurus” verməkdən imtina etməsinə etiraz edib. 

Günəş Mərd

tag: NATO ,Katib, Ukrayna, Zelenski, todaypress.az,