NATO-nun baş katibi bu gündən fəaliyyətini dayandırır
Dünya
01.10.2024 05:44
NATO-nun Baş katibi Yens
Stoltenberq 10 illik vəzifəsindən sonra NATO-nun Brüsseldəki qərargahını tərk
edərək, bu gündən yerini Niderlandın keçmiş baş naziri Mark Rutteyə verəcək.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, rəsmi təhvil-təslim
mərasimindən sonra onlar təşkilatın əməkdaşları qarşısında çıxış edəcəklər.
Rutte daha sonra
NATO baş katibi kimi ilk mətbuat konfransını keçirəcək. Niderlandlı siyasətçi
alyansın 14-cü rəhbəri olacaq. Onun mandatı beş ildir və uzadıla bilər.
tag: NATO, Yens Stoltenberq, Mark Rutte,Niderland, todaypress.az,