NATO-nun baş katibi alyans üzvlərini müdafiə xərclərini artırmağa çağırdı

Dünya

16.10.2024 17:10

976

NATO üzvlərinin Ümumi Daxili Məhsulun (ÜDM) iki faizini müdafiə sahəsinə xərcləməsi təşkilatın məqsədlərinə çatmaq üçün kifayət deyil. 

TodayPress xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rutte bildirib.

"Mən əminəm ki, həyata keçirilməli olan bütün tapşırıqları nəzərə alsaq, iki faiz kifayət etməyəcək" deyən baş katib, tələbdə konkret dəyişikliklə bağlı danışıqları davam etdirməli olduqlarını vurğulayıb.  

Xatırladaq ki, Polşa hökuməti avqust ayında müdafiə xərclərini ÜDM-in 4,1 faizindən 4,7 faizinə qədər artırmaq qərarına gəlib. İsveç də müdafiə xərcləri üçün NATO-nun minimum tələbini aşmağa, Norveç isə müdafiə xərclərini ikiqat artırmağa qərar verib. Bundan əlavə, Böyük Britaniya ordu və donanma xərclərini ÜDM-in 2,5 faizinə qədər artırmağı planlaşdırır. 

Töhfə Səməd

tag: NATO ,Mark Rutte ,Norveç, İsveç ,Böyük Britaniya ,Polşa, todaypress.az,