NATO-nun Almaniyadakı aviabazası bağlandı

Dünya

14.08.2024 17:29

Almaniyanın qərbindəki Geilenkirxendəki aviabaza mümkün təxribat şübhələrinə görə bağlanıb.

TodayPress xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti ərazi komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda içməli suyun mümkün çirklənməsini yoxlamaq üçün araşdırma aparılır. 

Qeyd edək ki, NATO-nun kəşfiyyat təyyarələri Geilenkirxendə yerləşir.

Töhfə Səməd

tag: Almaniya, NATO, Geilenkirxen, İcməli Su, Kəşfiyyat Təyyarələri, todaypress.az,