NATO-nun 4 ölkəsi memorandum hazırladı

Dünya

06.05.2025 18:10

10

Litva, Latviya, Estoniya və Polşa böhran zamanı əhalinin təxliyəsi üzrə fəaliyyətlərin koordinasiyasına dair birgə memorandum hazırlayır. 

TodayPress xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi “Delfi” portalına açıqlama verib.

Sənədin iyun ayında imzalanması planlaşdırılır. Memorandumda təxliyə zamanı hər bir ölkənin görəcəyi işlər, məsul qurumlar, sərhəd keçid nöqtələri və mümkün istiqamətlər müəyyənləşdiriləcək.

“Əsas məqsəd əhalinin daxili və transsərhəd təxliyəsi zamanı regional əməkdaşlığı gücləndirməkdir” deyə Litva DİN-dən bildirilib.

Qiymət Mahir

tag: Litva,Latviya,Estoniya ,Polşa ,todaypress.az,