NATO müdafiə xərclərini artıracaq
Dünya
10.01.2025 18:48
NATO ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın üzv ölkələrin müdafiə xərclərini Ümumi Daxili Məhsulun 2%-dən 5%-ə qədər artırmaq təklifi ilə razılaşmayacaq. Eyni zamanda, çox güman ki, alyans hazırkı hədəfi də artıracaq.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” rəsmilərin və analitiklərin fikrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bir sıra adları çəkilməyən alyans rəsmiləri də Amerika liderinin təşəbbüsünü dəstəkləməsələr də, ümumilikdə müdafiə xərclərinin artırılmasını bəyənirlər. Qeyd olunur ki, müdafiə xərclərinin artırılması təşkilatın iyunda Haaqada keçiriləcək sammitində müzakirə olunacaq.
Ekspertlərin fikrincə, ÜDM-in 5%-i iqtisadi və siyasi baxımdan alyansın demək olar ki, bütün üzvləri üçün əlçatmazdır. Bəzi analitiklər Trampın qəsdən qeyri-real təklif irəli sürdüyünü düşünürlər ki, uzunmüddətli danışıqlardan sonra NATO ölkələri 3%-ə yaxın rəqəmlə razılaşsınlar.
Töhfə Səməd
tag: NATO ,Ekspert, Müdafiə ,Xərc ,todaypress.az,