NATO ilə müharibədə Rusiyanın atacağı ilk addım açıqlandı

Dünya

17.08.2024 09:23

2502

Keçmiş ABŞ hərbi kəşfiyyat zabiti Scott Ritter NATO ilə toqquşma zamanı Rusiyanın ilk addımının nə olacağını açıqlayıb. 

TodayPress xəbər verir ki, o, bu barədə "YouTube" kanalında danışıb. 

Ritter “Əgər nə vaxtsa Rusiya ilə real müharibə olarsa, Kreml əvvəlcə bütün peyklərinin fəaliyyətini dayandıracaq və bu Qərb ordusunun məhvinə səbəb olacaq” deyə qeyd edib. 

O, əlavə edib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri çoxsaylı peyklərdən böyük dərəcədə asılıdır və onların məhv edilməsi ABŞ-nin müdafiə sistemlərinin normal fəaliyyətini pozacaq.

Günəş Mərd

tag: ABŞ, NATO, Rusiya, Qərb,Scott Ritter, todaypress.az,