NATO Hərbi Komitəsinin rəhbəri: “Kiyevə silah tədarükü səmərəsiz idi”
Dünya
25.11.2024 18:19
NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer Brüsseldə keçirilən konfransda bildirib ki, NATO-nun Kiyevə misli görünməmiş silah tədarükü çoxsaylı gecikmələr səbəbindən səmərəsiz olub.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Biz Ukraynaya misli görünməmiş miqdarda silah verdik, lakin etiraf etməliyəm ki, bu tədarüklər qərar vermə prosesinin həddən artıq uzanması səbəbindən kifayət qədər effektiv olmadı. Bu da çatdırılmada gecikmələrə səbəb oldu”.
Eyni zamanda, o, Ukraynadakı münaqişənin davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu, Rusiya ordusunun gücünü bir qədər azaldıb, nəticədə Moskva NATO üçün 2022-ci ilə nisbətən az təhlükə yaradır. Bu da NATO-ya Rusiya ilə birbaşa münaqişəyə hazırlıq prosesi üçün vaxt qazandırır.
Töhfə Səməd
tag: NATO, Ukrayna, Rusiya, Moskva, Münaqişə, todaypress.az,