NATO günəş enerjisi ilə işləyən dronlardan istifadə edəcək

Dünya

06.12.2024 18:27

NATO Rusiya və Çinin yaratdığı iddia edilən GPS müdaxiləsi ilə mübarizə aparmaq üçün yüksək hündürlükdə günəş enerjisi ilə işləyən dronlardan istifadə etməyi düşünür. 

TodayPress xəbər verir ki, bu barədə alyansın briqada generalı Sem Revz “Breaking Defence” portalına məlumat verib.

“Bunlar günəş enerjisindən istifadə edərək həftələrlə havada qala bilən və çox hündürlükdə uçan təyyarələrdir. Onlar GPS siqnalını götürüb onu Yerə göndərə bilərlər, ona görə də onları məhv etmək daha çətindir” məlumatda qeyd olunub. 

Onun sözlərinə görə, təkcə hava şarları şəklində deyil, həm də yüngül pilotsuz uçuş aparatları formasında ola bilən ultra hündürlük platformaları NATO tərəfindən hələlik geniş istifadə olunmur. 

O, həmçinin qeyd edib ki, əgər alyans həqiqətən də belə sistemlərdən istifadə etməyə başlasa, bu, döyüş meydanında situasiya ilə bağlı məlumatlılıq problemlərinin həllinə kömək edəcək.


Günəş Mərd

tag: Çin ,Rusiya, NATO,Siqnal ,todaypress.az,