NATO donanması Estoniya sahillərinə toplaşdı
Dünya
20.01.2025 09:28
NATO donanması Baltik dənizində Avropa sualtı kabellərini və boru kəmərlərini qorumaq üçün Estoniya sahillərində toplanır.
TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.
Qeyd olunub ki, Niderland freqatı və dəniz tədqiqat gəmisi, eləcə də alman minaaxtaran gəmisi qatı dəniz dumanı altında Tallinə gəlib.
Bundan əlavə, bir Fransa minaaxtaran gəmisinin gəlişi və əlavə NATO gəmilərinin gəlməsi gözlənilir.
Belçikalı işçi qrupunun rəhbəri Erik Koks bəyan edib ki, yaxın gələcəkdə qrup genişlənəcək və daha çox gəmi onlara qoşulacaq.
Onun sözlərinə görə, NATO donanması Baltik dənizi üçün təhlükəsizlik kameraları” rolunu oynayacaq ki, heç kim sualtı infrastruktura qarşı tədbir görməsin.
Qeyd edək ki, yanvarın 14 -də Helsinkidə təşkilatın baş katibi Mark Ruttenin iştirakı ilə NATO-ya üzv Baltikyanı ölkələrin sammiti keçirilib.
Tədbirdən sonra birgə bəyanatda alyansın Baltik gözətçi missiyasına start verdiyi bildirilib. Qərar dəniz dibi ilə keçən sualtı kabellərə bir neçə dəfə ziyan vurulduqdan sonra qəbul edilib. Günəş Mərd
tag: NATO,Qoşun,Baltik,Təhlükə,Alyans,Todaypress.az,