NATO-dan Ukraynaya dəstək: Yeni qərargah yaradılır
Dünya
27.06.2024 11:47
NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya hərbi yardımın idarə olunması üçün yeni qərargah təklif olunacaq.
TodayPress xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Qeyd olunub ki, bununla da Alyans ölkənin təhlükəsizliyinə uzunmüddətli təminat vermiş olacaq. Bundan başqa NATO uzunmüddətli perspektivdə Ukraynaya bütün yardımların göstərilməsini koordinasiya edəcək çox funksiyalı missiyanın yaradılamsını nəzərdən keçirir.
Yeni missiya Ukraynaya hava hücumundan müdafiə texnikası, artilleriya, “F-16” döyüş təyyarələri, silah-sursat və təlim kimi müxtəlif növ hərbi yardım göstərən ölkələri bir çətir altında birləşdirəcək.
Xatırladaq ki, Alyansın 75 illiyinə həsr olunan sammit iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
Günəş Mərd
tag: NATO, Ukrayna, Alyans, Dəstək,Qərargah, todaypress.az,