NATO daha dörd ölkə ilə əməkdaşlığın genişləndirilməsinə dair sənəd hazırlayır
Dünya
04.07.2024 21:51
NATO Yaponiya, Avstraliya,
Yeni Zelandiya və Cənubi Koreya ilə əməkdaşlığın genişləndirilməsinə dair sənəd
hazırlayır.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, sənədin gələn həftə dərc olunması nəzərdə tutulur.
“Sənəddə NATO ilə bu dövlətlər
arasında əməkdaşlıq çərçivələri aydınlaşdırılmalıdır. Bu sənəd kibertəhlükəsizlik
və dezinformasiya sahəsi də daxil olmaqla, təhdidlərə cavab verməyə imkan verəcək”,
- məlumatda deyilir.
tag: todaypress.az,NATO, Yaponiya, Avstraliya, Yeni Zellandiya,