NATO: "Çin ən böyük silahlı münaqişəni alovlandırır"

Dünya

17.06.2024 23:48

NATO-nun baş katibi Yens Stoltenberq Çinin İkinci Dünya Müharibəsindən bəri Avropadakı ən böyük silahlı münaqişəni alovlandırdığını deyib.

TodayPress xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Kim Çen İnnin NATO-ya qarşı çıxdıqlarını bildirib: “Çünki NATO-da ABŞ-nin özlərində olmayan bir şeyə sahib olduğunu bilirlər. 31 dost və müttəfiq” deyə əlavə edib.

Gələn ay NATO liderlərinin ABŞ-nin paytaxtı Vaşinqtonda NATO zirvə toplantısı üçün bir araya gələcəklərini xatırladan Stoltenberq, üç mövzuda gündəmin ən üst sırasında yer alacağını bildirib.

Putinin hücumlarının nə bu gün, nə də gələcəkdə nəticə verməməsini təmin etməyin vacibliyini vurğulayan Stoltenberq: “Elə bu səbəblə də zirvədə Ukraynanı NATO ölkələrinə daha da yaxınlaşdırmağa davam edəcəyik. Doğru zamanı gəldiyi vaxt Ukrayna NATO-ya qatıla biləcək” deyə fikrini yekunlaşdırıb.

GÜNEL

 

tag: Çin, NATO, Ukrayna, Putin,Zirvə toplantısı, todaypress.az,