NATO Baltik Qvardiyası əməliyyatına başladı
Dünya
14.01.2025 16:52
Şimali Atlantika Alyansı Finlandiyanı birləşdirən “Est Link 2” sualtı kabelinin zədələnməsi ilə bağlı insidentdən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətindədir.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bu barədə Helsinkidə keçirdiyi mətbuat konfransında bildirib.
O, bu səbəbdən Baltik Qvardiyası əməliyyatının başladığını elan edib.
Rutte, həmçinin “Est Link 2”də təxribat törətməkdə şübhəli bilinən “Eagle S” tankerini ələ keçirdiyinə görə Finlandiyanı tərifləyib.
Günəş Mərd
tag: NATO ,Baltik, Dəniz ,Mark Rutte, todaypress.az,