NATO Baltik dənizində möhkəmlənir
Dünya
02.01.2025 17:24
Şimali Atlantika Alyansı Estoniya-Finlandiya elektrik kabelinin “Est Link 2”nin zədələnməsi ilə bağlı insidentdən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib.
"Dəqiq addımlar atılana qədər ictimaiyyətə açıqlanmayacaq" deyə o əlavə edib.
O, həmçinin “Est Link 2”də təxribat törətməkdə şübhəli bilinən, eləcə də Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia edilən “Eagle S” tankerini saxladığı üçün Finlandiyanı tərifləyib.
Mixal Finlandiya tərəfinin bu addımını “çox prinsipial” adlandırıb və qeyd edib ki, Estoniya da bunu etməyə hazırdır.
Xatırladaq ki, dekabrın 26-da Baltik dənizində Finlandiya sərhəd xidməti Sankt-Peterburqdan çıxan “Eagle S” neft tankerini saxlamışdı.
Günəş Mərd
tag: NATO ,Baltik ,Dəniz, Finlandiya , todaypress.az,