NATO Arktika Hava Əməliyyatları Mərkəzinə ev sahibliyi edəcək

Dünya

15.05.2025 18:05

20

Norveç Hərbi Hava Qüvvələrinin Bododakı bazası müvəqqəti olaraq NATO-nun Arktikada yeni hava əməliyyatları mərkəzinə ev sahibliyi edəcək. 

TodayPress xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qərar Arktikada alyansın mövcudluğunu gücləndirmək planları çərçivəsində verilib.

Nazirliyin məlumatına görə, daimi mərkəz tikilib hazır olana qədər bir neçə yüz nəfər bu müvəqqəti komandanlıqda fəaliyyət göstərəcək. Onların bir neçə il ərzində burada işləyəcəyi gözlənilir.

Bu addım, NATO-nun Arktika regionundakı fəaliyyətini artırmaq məqsədilə atılıb. 

Türkan İsgəndərli

tag: Norveç,NATO,Arktika,Baza,todaypress.az,