Nasistlərin gizli bunkerləri tapıldı

Dünya

15.09.2024 11:31

Almaniyanın şərqində, Türingiya meşəsində elm adamları nasistlərin gizli yeraltı bunkerlərini aşkar ediblər.   

TodayPress xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Arxeoloji tədqiqatlar zamanı məxfi sənədlər, rabitə vasitələrinin və silahların fraqmentləri aşkar edilib. Bundan əlavə, mütəxəssislər Avropada strateji obyektləri əks etdirən şifrəli xəritələr əldə ediblər.

Ehtimallara görə, onlarda əvvəllər məlum olmayan hərbi əməliyyatlar barədə məlumatlar ola bilər. 

Günəş Mərd 

tag: Almaniya,Nasist,Bunker,Avropa,Todaypress.az,