“NASA” və “SpaceX” kosmik gəminin uçuşunu təxirə saldı
Dünya
12.12.2024 11:30
“NASA” və “SpaceX” “Dragon” yük gəmisinin Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılması tarixini dekabrın 12-dən 14-dək təxirə salıb.
TodayPress xəbər verir ki, bu barədə Amerika Kosmik Agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb əlverişsiz hava şəraiti olub.
Bundan əvvəl “NASA” və “SpaceX” yük gəmisinin BKS-dən çıxarılmasını dekabrın 6-dan dekabrın 12-nə təxirə saldıqlarını bildirmişdilər.
Töhfə Səməd
tag: NASA, Kosmik, SpaceX, Gəmi ,todaypress.az,