NASA “Starliner”in uçuşunu yenidən təxirə salır

Dünya

18.10.2024 18:00

2664

NASA  “Boeing Starliner” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya (ISS) planlaşdırılan ilk uçuşunu təxirə salıb. 

TodayPress xəbər verir ki, bu barədə “Space News” məlumat yayıb.  

Qeyd olunub ki, “Boeing Starliner” kosmik gəmisinin növbəti sınaq uçuşunu həyata keçirməsinə uyğun olub-olmadığı bir daha nəzərdən keçirilməlidir. 

NASA bildirib ki, həm 2025-ci ilin fevralından tez olmayan ISS-ə planlaşdırılan “Crew-10 missiyası”, həm də iyul ayından əvvəl planlaşdırılan “Crew-1” missiyası üçün “Crew Dragon” aparatından istifadə edəcək. 

“Starliner” ətrafındakı vəziyyətin təhlili isə davam etdiriləcək. 

Günəş Mərd

tag: NASA,Beynəlxalq Kosmik Stansiya, Uçuş,Boeing Starliner, Kosmik, todaypress.az,