NASA qapalı vəziyyətdə qalan astronavtları Yerə qaytaracaq
Dünya
18.12.2024 09:24
2025-ci ilin martında Beynəlxalq Kosmik Stansiyaya (ISS) uçacaq "Crew-10" kosmik gəmisi qapalı vəziyyətdə qalan "Starliner" heyətini Yerə qaytaracaq.
TodayPress xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin ( NASA ) saytında məlumat verilib.
“SpaceX Crew-10 indi ekipajı ilə 2025-ci ilin mart ayının sonundan tez olmayaraq ISS-ə gedəcək” məlumatda bildirilib.
Qeyd edək ki, əvvəlcə astronavtların stansiyada təxminən bir həftə qalacağı planlaşdırılırdı, lakin gəminin mühərrikində yaranan problemlərə görə "Starliner" heyəti ISS-də qalmalı oldu. Nəticədə “Boeing” gəmisi ekipajsız Yerə qayıtdı.
Günəş Mərd
tag: NASA, Boeing, Astronavt, Kosmik, todaypress.az,