NASA Marsda Günəş fırtınasının görüntülərini çəkdi

Dünya

11.06.2024 20:50

NASA-nın kəşfiyyat gəmisi Marsda Günəş fırtınasının görüntülərini çəkib

TodayPress xəbər verir ki, NASA-nın Mars kəşfiyyat gəmisi “Curiosity Rover” Qırmızı Planetdə radiasiya partlayışı ilə üzləşib. Kosmik agentlik bu radiasiya dalğasının 2012-ci ildə “Curiosity Rover”in Marsa enişindən sonra aşkar etdiyi ən böyük dalğalardan biri olduğunu bildirib.

Həmçinin NASA-nın 2024-cü ilin sonunda Marsa yeni bir missiya planlaşdırdığı və ESCAPADE adlı əkiz peyklərin Marsın orbitinə daxil olaraq kosmosdakı havanı müşahidə edəcəyi bildirilir. Bu missiya gələcək planetlərin kəşfiyyatı üçün vacib məlumat verəcəkdir.

GÜNEL

 

tag: Mars, Günəş, Planet, NASA, todaypress.az,